“Barselona” PSJ-dən UEFA-ya şikayət etdi – Qalmaqallı azarkeş bannerinə görə…


“Barselona” Çempionlar Liqasının üçüncü turunun oyununda Fransanın “Pari Sen Jermen” (PSJ) klubunun azarkeşləri tərəfindən nümayiş etdirilən bannerlə bağlı Avropa Futbol Assosiasiyaları İttifaqına (UEFA) şikayət ərizəsi təqdim edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Marca” qəzeti məlumat yayıb.
Məlumata görə, oyun oktyabrın 20-də baş tutub və PSJ-nin 4-2 hesablı qələbəsi ilə başa çatıb.
“Park de Prens” stadionunda baş tutan oyundan əvvəl parisli azarkeşlər tribunada böyük banner açıblar. Məşhur “Texas Chainsaw” (“Texas qətliamı”) filmindən ilhamlanan bannerdə “Leatherface” obrazının elektrikli mişarla “Barselona”nın gerbini parçalaması təsvir olunub. Bannerdə həmçinin, “Massacre à la parisienne” (“Paris üslubunda qətliam”) yazısı öz əksini tapıb. 
Nəşr yazır ki, Kataloniya klubunun rəhbərliyi dərhal matçda iştirak edən UEFA nümayəndəsini məlumatlandırıb və bannerin məzmununa hüquqi qiymət verilməsini tələb edib. 
Bundan əlavə, “Barselona” rəhbərliyi tribunadan “Puta Barça” (“Lənətə gəlmiş, “Barsa”) ifadələri yazılmış plakatların yığışdırılmasını da istəyib. 
Qeyd edək ki, üç turdan sonra PSJ-nin doqquz xalı var və Çempionlar Liqasının ümumi turnir cədvəlində birinci yerdədir. “Barselona” isə altı xalla beşinci yeri tutur.

DİGƏR XƏBƏRLƏR

Top