Tramp Ukrayna ilə bağlı sülh müqaviləsinin G20 sammitində imzalanmasını istəyir – “The Atlantic”


ABŞ Prezidenti Donald Tramp dekabrın ortalarında Florida ştatının Mayami şəhərində keçiriləcək İyirmilik Qrupunun (G20) sammitində Ukrayna müharibəsi ilə bağlı sülh müqaviləsinin imzalanmasını istəyir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “The Atlantic” jurnalı mənbələrə istinadla məlumat yayıb.
“Trampın fikrincə, Rusiya ilə Ukrayna arasında sülh müqaviləsinin bağlanması üçün ideal vaxt dekabr ayında keçiriləcək G20 sammiti olardı”, - jurnal qeyd edib.
“The Atlantic”in mənbələrinə görə, Amerika lideri sülh müqaviləsinin imzalanması zamanı Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezienti Volodimir Zelenski arasında dayanmağı təsəvvür edir, hətta bunu etmək üçün Ukraynaya təzyiq göstərməyi belə istisna etmir.  
Nəşrin bildirdiyinə görə, belə bir görüş Trampın şəxsi mülklərindən birində - onun Mayami qolf klubunda baş tuta bilər.

DİGƏR XƏBƏRLƏR

Top