Zelenski sülh müqaviləsi üçün bu iki şərti istisna etmir


Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya ilə iki şərtlə sülh müqaviləsi bağlamağı istisna etməyib.
Yeniavaz.com
xəbər verir ki, o, bu barədə “Fox News” telekanalına müsahibəsində qeyd edib.
Ukrayna lideri cəbhə xətti boyunca müharibəni dondurmağa və Ukraynanın keçmiş ərazilərinin 75%-ni saxlamağa hazır olduğunu bildirib.
Bu o deməkdir ki, sülh müqaviləsi bağlanarsa, Rusiya Ukrayna ərazisinin 25%-ni alacaq.
Jurnalistin “Mövcud vəziyyəti möhkəmləndirəcək və ölkə ərazisinin 75%-ni və ya daha çoxunu saxlamağa imkan verəcək sülh müqaviləsinə razı olardınızmı?” deyə sual verib.
“Bəli. Düşünürəm ki, bu, müharibəyə son qoymağın real yoludur”, - deyə Zelenski cavabında bildirib.
O əlavə edib ki, hərbi əməliyyatlar dayandırıldıqdan sonra Ukrayna ABŞ Prezidenti Donald Trampdan, həmçinin, Avropa müttəfiqlərindən təhlükəsizlik zəmanətləri tələb edəcək.
“Biz bunu atəşkəs və ya Prezident Trampın dediyi kimi qətllərə son qoymaq adlandırırıq. Dondurun və dayandırın. Əlbəttə ki, bu, bu gün Rusiyadan tələb etdiyimiz minimum tələbdir”, Ukrayna Prezidenti əlavə edib.
Buna baxmayaraq, Zelenski Ukrayna qoşunlarının Donbas ərazisindən çıxarılması ehtimalını qəbul etməyib.

DİGƏR XƏBƏRLƏR

Top