“Tərəflərin görəcəyi hələ çox iş var” – Uitkoff Putinlə görüşündən danışdı


ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff Rusiya Prezidenti Vladimir Putinlə Sankt-Peterburqda apardığı danışıqları konstruktiv adlandırıb.
Yeniavaz.com
xəbər verir ki, o, bu barədə “X” sosial şəbəkə səhifəsində bildirib.
“Biz Osloda Prezident Zelenski ilə əldə edilən irəliləyişi möhkəmləndirmək və sülh müqaviləsi üçün çərçivəni müzakirə etmək üçün Sankt-Peterburqda Prezident Putinlə görüşdük. Bu müzakirələr konstruktiv idi və ABŞ, Rusiya və Ukrayna arasında üçtərəfli danışıqların bir hissəsi olaraq davam edəcək”, - Uitkoff qeyd edib.
Onun sözlərinə görə, tərəflərin Ukraynadakı vəziyyəti həll etmək üçün hələ çox işi var.
Xüsusi nümayəndə həmçinin, ABŞ Prezidenti Donald Trampın böhrana son qoymaq və davamlı sülhə nail olmaq istədiyini əlavə edib.
Qeyd edək ki, oktyabrın 21-də Putin və Uittkoff Sankt-Peterburqda danışıqlar aparıblar. Danışıqlarda əsas müzakirə mövzusu Ukrayna böhranının həlli olub.

DİGƏR XƏBƏRLƏR

Top