
Böyük Britaniyanın dövlət borcu ilk dəfə olaraq 3 trilyon funt sterlinqi (4 trilyon dolları) keçib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Məlumata görə, bu ilin sentyabr ayında Britaniya hökumətinin xarici borcunun həcmi 24,52 milyard funt sterlinq təşkil edib ki, bu da proqnozlaşdırılan səviyyədən yüksəkdir.
Eyni zamanda, büdcə kəsiri 97,8 milyard funt sterlinqə qədər artıb ki, bu da gözləniləndən 6 milyard funt sterlinq çoxdur.
, lakin yenə də 2025-ci il hədəfindən 4,4 milyard funt sterlinq azdır.
Qeyd edək ki, 2025-ci ildə media dəfələrlə Böyük Britaniyanın maliyyə problemləri barədə məlumat vermişdi. Kembric Universitetinin professoru Yacit Çadxa isə qeyd etmişdi ki, ölkə artan iqtisadi problemlər səbəbindən Beynəlxalq Valyuta Fondundan təcili kredit istəməyə məcbur ola bilər.
Tətbiqimizi yükləyə bilərsiniz