
Çin artıq Rusiya, ABŞ və Çin liderləri arasında görüş hazırlayır və əlverişli şəraitdə onu Şençjendə keçiriləcək APEC sammitinin proqramına daxil edəcək.
Yeniavaz.com “İnterfaks” agentliyinə istinadla xəbər verir ki, bu barədə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov Putinin Donald Trampın xüsusi elçisi Stiv Uittkoffla söhbətindən sonra jurnalistlərə bildirib.
“Çinli dostlarımız, APEC sammitinə ev sahibləri,artıq buna hazırlaşırlar. Əgər şərait əlverişli olarsa, onlar bu görüşü mütləq Şençjen proqramına daxil edəcəklər”, - deyə o, qeyd edib.
Üçtərəfli danışıqların mümkün məzmunu barədə danışan Uşakov həmçinin, qeyd edib ki, Rusiya tərəfindən bəzi praktik mülahizələr ifadə edilib.
Uşakov əlavə edib ki, Putinin Uitkoffla görüşündə Rusiya-ABŞ-Çin sammitinin Şençjendə keçirilməsi ehtimalı müzakirə olunub və üç paytaxtdan heç biri bu ideyanı rədd etməyib.
Tətbiqimizi yükləyə bilərsiniz