Autizmli uşağı kameradan kənara çəkərək vurdu – Video


“Brain Academy”nin Bakıxanov filialında 2 yaşlı autizm spektrli uşağa qarşı zorakılıq halı qeydə alınıb.
Yeniavaz.com
xəbər verir ki, uşağın valideynləri bu barədə “Baku.es”ə məlumat veriblər..
Şikayətçinin sözlərinə görə, inkişafı və reabilitasiyası üçün sözügedən Mərkəzə həvalə edilən uşaq zorakılığa məruz qalıb.
O, zorakılıqla bağlı təhlükəsizlik kamerasının görüntülərini də təqdim edib. Videoda görünür ki, müəssisə əməkdaşı uşağı kameradan kənara çəkərək ona qarşı fiziki zorakılıq törədir.
“Brain Academy”dən bildirilib ki, hazırda məsələyə hüquqi qiymət verilməsi gözlənilir:
“Daxili araşdırmanın nəticələrinə əsasən, hər iki əməkdaş barəsində intizam tədbirləri görülüb, onlara töhmət verilib və işdən uzaqlaşdırılmaları istiqamətində tədbirlər görülür” .
Qeyd olunub ki, məsələ ilə bağlı həmçinin polis tərəfindən araşdırma aparılır.

DİGƏR XƏBƏRLƏR

Top