Yunanıstanda tələbə aksiyaları zamanı 20 nəfər saxlanılıb


Yunanıstan polisi Afina və Saloniki şəhərlərində tələbələrin keçirdiyi etiraz aksiyaları zamanı 20 nəfəri saxlayıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə polisə istinadən “Skai” telekanalı məlumat yayıb.
Bildirilib ki, çərşənbə axşamı Yunanıstanın hər yerində təhsil sahəsi işçiləri tətil keçiriblər. Müəllimlər və digər təhsil işçiləri əməkhaqlarının artırılmasını və iş şəraitinin yaxşılaşdırılmasını tələb ediblər.
“Afinada saxlanılanların sayı 10 nəfərə çatıb. Salonikidə də hazırda 10 nəfər saxlanılıb”, – deyə telekanal bildirib.
Qeyd olunub ki, Salonikidəki aksiyada 2 500, Afinadakı aksiyada isə 1 500 nəfər iştirak edib. Etirazçılar arasında tələbələr, məktəblilər və təhsil sahəsinin əməkdaşları var.

DİGƏR XƏBƏRLƏR

Top