“Sülh müqaviləsinin bağlanması üçün Putin və Zelenskinin görüşü vacib deyil”


ABŞ Prezidenti Donald Tramp bildirib ki, Rusiya Prezidenti Vladimir Putinlə Ukrayna Prezidenti Volodimir Zelenski arasında müharibənin başa çatdırılması barədə saziş imzalamaq üçün üzbəüz görüşün keçirilməsi mütləq deyil.
Yeniavaz.com
xəbər verir ki, o bu barədə Ağ Evdə keçirilən mətbuat konfransında danışıb.
“Məncə, onlar bunu (sülh sazişini imzalamağı – red.) başqa yolla da edə bilərlər. Onlar üçün eyni otaqda olmaq çətindir. Bunun necə həyata keçiriləcəyi mənim üçün fərq etmir”, - Tramp bildirib.
ABŞ Prezidenti Putinlə Zelenski arasındakı nifrətin “sadəcə nəhəng” olduğunu vurğulayıb. Onun sözlərinə görə, məhz bu səbəbdən iki ölkənin liderləri indiyədək münaqişəni həll edə bilməyiblər.

DİGƏR XƏBƏRLƏR

Top