DSMF Amil Bayramovdan bu dəfə 863 min manata ofis icarəyə götürüb


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Sosial Müdafiə Fondunun (DSMF) elan etdiyi tender müsabiqəsinin qalibi məlum olub.
Yeniavaz.com
xəbər verir ki, DSMF Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı üçün ofis sahəsinin icarəyə götürülməsi ilə bağlı tender müsabiqəsi həyata keçirib.
Müsabiqənin qalibi Bayramov Amil Qinyaz oğlu (VÖEN – 1003009142) olub. DSMF Bayramov Amil Qinyaz oğluna məxsus 2750 kv. metr qeyri-yaşayış sahəsini 18 ay müddətinə icarəyə götürür. DSMF icarə haqqı olaraq Bayramov Amil Qinyaz oğluna 863 min 280 manat (ayda 47 min 960 manat) ödəyəcək. Qeyd edək ki, DSMF əvvəlki illərdə də Amil Bayramov ilə analoji müqavilələr imzalayıb.
Belə ki, DSMF 2021-ci ildə Amil Bayramovdan Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialı üçün ofis sahəsini 452 min 430 manata, 2022-ci ildə 445 min 500 manata, 2023-cü ildə 594 min manata, 2024-cü ildə isə 1 milyon 188 min manata icarəyə götürüb.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top