PSJ “Barselona”nın 11 oyunluq qələbə seriyasına belə son qoydu – Video


UEFA Çempionlar Liqasının üçüncü turunun ilk oyun günü baş tutub.
Yeniavaz.com
xəbər verir ki, gecənin ən əhəmiyyətli görüşü Fransa çempionu PSJ ilə İspaniya çempionu “Barselona” arasında baş tutub.
Luis Enrikenin komandası evdə keçirilən oyunda 4-2 hesabı ilə qalib gəlib.
Bununla da, İspaniya çempionunun bu mövsüm 11 oyunluq qələbə seriyası başa çatıb.
İngiltərə “Liverpul”u da İspaniya “Vilyarreal”ını məğlub edərək üçüncü qələbəsini qazanıb.
İngiltərə vitse-çempionu “Mançester Siti” isə Yunanıstanın “AEK Afina” komandasını 5:1 hesabı ilə məğlub edib.
Ötən gün baş tutan görüşlərdə nəticələr belə olub:
PSJ – “Barselona”: 4:2;
“Liverpul” –“ Vilyarreal”: 4:3;
“Mançester Siti” – “AEK Afina”: 5:1;
“Roma” – “Slovan Bratislava”: 4 :0;
“Porto” – “PSV Eyndhoven”: 0:1;
“Napoli” – “Budyo-Glimt”: 4:3;
“Ştutqart” – “Atletiko Madrid”: 1:1;
“Fənərbaxça” – “Slaviya Praqa”: 2:2;
“Sabah” – “Borussia Dortmund”: 1:2.

DİGƏR XƏBƏRLƏR

Top