Ronaldunun klubu borca görə satışa çıxarıla bilər


Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubu 184 milyon avroluq borcla əlaqədar satışa çıxarıla bilər.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, İtaliyanın “Milan” və Fransanın “Tuluza” klublarının sahibi olan “RedBird Capital Partners” şirkəti kluba mümkün investisiyalar barədə danışıqlar aparır və klubun hücumçusu Kriştianu Ronaldo “Əl-Nəsr”in səhmlərinin 20%-ə qədər hissəsini əldə edə bilər.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı çempionatında 8 turdan sonra 19 xal toplayan “Əl-Nəsr” turnir cədvəlinin üçüncü pilləsində qərarlaşır. Komanda lider “Əl-Hilal”dan beş xal geri qalır.
Xatırladaq ki, Kriştianu Ronaldo cari mövsümdə dörd qol vurub.

DİGƏR XƏBƏRLƏR

Top