“Paris tezliklə müsəlman şəhəri olacaq”


“Paris tezliklə müsəlman şəhərinə çevriləcək”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Ağ Evin həyətində jurnalistlərin suallarını cavablandırarkən bildirib.
O, bunun immiqrasiya ilə bağlı olduğunu qeyd edib. 
“Bilirsiniz, Fransadakı vəziyyət çox acınacaqlıdır. Çünki Fransada baş verənlər immiqrasiya ilə bağlıdır. Məktəblər və ya başqa bir şeylə deyil”, - deyə Amerika Prezidenti bildirib.
Tramp həmçinin bildirib ki, o, Fransa Prezidenti Emmanuel Makronu sərhədlərin təhlükəsizliyinin təmin olunmamasının problemlərə səbəb olacağı barədə xəbərdar edib. 
Onun sözlərinə görə, Makron miqrant axınına icazə verməklə və sərhəd təhlükəsizliyini lazımi səviyyədə təmin etməməklə səhvə yol verib. 
Makronun İrandakı müharibədə Trampı günahlandırması və münaqişəni Fransadakı iğtişaşlarla əlaqələndirməsi ilə bağlı suala cavab olaraq, Amerika lideri belə bir şərhi rədd edib.
Makronu dostu adlandıran ABŞ Prezidenti bildirib ki, o, Fransa liderini miqrasiya siyasətinin nəticələri barədə uzun müddətdir ki, xəbərdar edir. 
“Mən ona çoxdan demişdim ki, böyük bir səhv edirsən. Dünyanın hər yerindən insanların gəlməsinə icazə verirsən. Və bildiyiniz kimi, Paris çox tezliklə müsəlman şəhəri olacaq”, - deyə Tramp bildirib.
O, həmçinin Fransa hakimiyyətini ölkəyə heç bir sevgisi olmayan insanların daxil olmasına icazə verməkdə günahlandırıb.
Onun sözlərinə görə, ölkəyə giriş nəzarətinin olmaması qaçılmaz problemlərə səbəb olacaq və belə bir siyasət ölkənin məhvinə gətirib çıxaracaq. 
“Vəziyyəti yoluna qoymaq çətin olacaq. Amma ümid edirəm ki, Fransa özünü toplayacaq”, - deyə Amerika Prezidenti yekunlaşdırıb.

DİGƏR XƏBƏRLƏR

Top