
ABŞ Prezidentinin xüsusi nümayəndələri Stiv Uitkoff və Cared Kuşner oktyabrın 21-də Rusiyaya səfər edəcəklər.
Yeniavaz.com xəbər verir ki, bu barədə TASS agentliyi mənbəyə istinadla məlumat yayıb.
Ancaq mənbə ABŞ Prezidentinin xüsusi nümayəndələri ilə Rusiya rəhbərliyi arasında görüşün Sankt-Peterburqda keçirilib-keçirilməyəcəyini dəqiqləşdirməyib.
Qeyd edək ki, ilk olaraq “The New York Times” qəzeti Uitkoff və Kuşnerin Osloda danışıqlardan sonra ertəsi gün Rusiya Prezidenti Vladimir Putinlə görüşmək üçün Sankt-Peterburqa uçmağı planlaşdırdıqlarını yazmışdı.
Xatırladaq ki, bundan əvvəl Stiv Uitkoff Osloda Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşüb. Danışıqlara, həmçinin Norveçin Baş naziri Yonas Qar Störe və Finlandiya Prezidenti Aleksandr Stubb da qoşulublar.
Tətbiqimizi yükləyə bilərsiniz