
Hörmüz boğazının cənubunda 2 milyon bareldən çox neft daşıyan tanker minaya düşüb.
Yeniavaz.com “Tasnim” agentliyinə istinadla xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) mətbuat xidməti məlumat verib.
Məlumata görə, nəticədə gəmidə yanğın baş verib.
SEPAH gəminin bütün radar və naviqasiya sistemlərini söndürdüyünü və SEPAH donanmasının xəbərdarlıqlarına baxmayaraq, boğazdan icazəsiz cənub marşrutu ilə çıxmağa çalışdığını iddia edib.
Bəyanatda tankerin adı çəkilməyib.
Tətbiqimizi yükləyə bilərsiniz