
Oktyabrın 20-də Bakı Olimpiya Stadionunda keçiriləcək UEFA Çempionlar Liqası matçında “Sabah” FK-nın növbəti matçı ilə əlaqədar Bakı metropolitenində xüsusi iş rejimi tətbiq olunacaq.
Yeniavaz.com xəbər verir ki, stadionun yaxınlığında yerləşən “Koroğlu” stansiyasına əlavə işçi qüvvəsi cəlb edilməklə növbətçilik cədvəli tərtib olunacaq, nəzarət mexanizmləri gücləndiriləcək.
Qarşılaşma başa çatdıqdan sonra zərurət olarsa, ehtiyat qatarlar xəttə buraxılacaq. Yaşıl və Bənövşəyi xətlərdə qatarların hərəkət qrafikində dəyişiklik edilməyəcək.
Tətbiqimizi yükləyə bilərsiniz