
ABŞ Prezidenti Donald Trampın 2025-ci ildə ikinci prezidentlik müddətinin başlamasından bəri Dövlət Departamenti xarici vətəndaşlar üçün 300 mindən çox vizanı ləğv edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Dövlət Departamentinin mətbuat katibi Tommi Piqot “X” sosial şəbəkə səhifəsində bildirib.
Onun sözlərinə görə, Tramp administrasiyası dövründə rekord sayda - 300 mindən çox viza ləğv edilib.
Məlumata görə, vizalar cinayət fəaliyyəti, dələduzluq və yalan məlumatların təqdim edilməsi kimi immiqrasiya qanunvericiliyinin pozulmasına görə cəza tədbiri olaraq ləğv edilib.
Həmçinin, “doğuş turizmi ilə məşğul olan və ya ona yardım edən xarici vətəndaşların azı 4000 vizası geri alınıb.
Tətbiqimizi yükləyə bilərsiniz