
Oktyabrın 21-də saat 08:00-dan etibarən təmir işləri ilə əlaqədar Bakının Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində yolun bir hissəsində nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.
Yeniavaz.com xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.
Məlumata görə, təmir işləri Yeni Həyat küçəsinin Şirvan küçəsi ilə kəsişməsindən 10-cu Müşfiqabad küçəsi ilə kəsişməsinədək olan hissəsində aparılacaq.
Sürücülərdən sıxlığın yaranmaması üçün əvvəlcədən alternativ yollardan istifadə etmələri, hərəkət zamanı diqqətli olmaları və aparılan işlərə anlayışla yanaşmaları xahiş olunur.
Tətbiqimizi yükləyə bilərsiniz