Minik avtomobili istehsalı azalıb, yük avtomobili istehsalı artıb


Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 2 min 46 minik avtomobili istehsal edilib.
Yeniavaz.com
açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, istehsal olunan minik avtomobillərinin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 19,6 faiz azalıb.
Hesabat dövründə ölkədə 662 yük avtomobili istehsal olunub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,4 dəfə çoxdur.
Eyni zamanda, yanvar-sentyabr aylarında Azərbaycanda 244 avtobus istehsal edilib. Bu göstərici əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 53,5 faiz artıb.
2026-cı il oktyabrın 1-ə olan vəziyyətə görə, sənaye müəssisələrinin anbarlarında 134 minik avtomobili, 54 yük avtomobili və 28 avtobus hazır məhsul ehtiyatı olub.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top