
Ermənistan sərhədini qanunsuz keçməkdə, erməni ailəsinin evinə daxil olmaqda və ev sahibəsinə atəş açmaqda ittiham olunan Azərbaycan hərbçisi Nəsimi Musayevin saxlanılması ilə bağlı video görüntülər yayılıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Ermənistanın gündəlik “Joqhovurd” qəzeti məlumat yayıb.
Nəşr hadisə ilə bağlı video görüntülər əldə etdiyini bildirib.
Qəzetin məlumatına görə, Musayev hüquq-mühafizə orqanlarına verdiyi ifadədə erməni ailəsinin evinə daxil olarkən heç kimə zərər vermək niyyətində olmadığını bildirib. Onun sözlərinə görə, evdəkilərə dəfələrlə “Məni buraxın” deyə müraciət edib.
Musayev deyib ki, evdəki qadın onun silahının lüləsindən tutduqdan sonra atəş açıb. O, həmçinin ailə üzvlərinin ona hücum etdiyini, bıçaqladığını və ona qarşı fiziki zorakılıq etdiklərini bildirib.
Azərbaycan hərbçisinin sözlərinə görə, o, qan içində evdən qaçmağa nail olub və daha sonra hüquq-mühafizə orqanları tərəfindən yaralı vəziyyətdə tapılıb.
Tətbiqimizi yükləyə bilərsiniz