Azərbaycanda benzin və dizel istehsalı azalıb


Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda avtomobil benzini və dizel yanacağının istehsalında azalma qeydə alınıb.
Yeniavaz.com
açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, bu ilin ilk 9 ayında 1 milyon 68,5 min ton avtomobil benzini istehsal edilib.
Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 1 faiz azdır.
Hesabat dövründə 1 milyon 799 min ton qazoyl (dizel yanacağı) istehsal edilib. Bu, ötən ilin eyni dövrünə nisbətən 3,4 faiz azdır.
2026-cı il oktyabrın 1-ə olan vəziyyətə görə, sənaye müəssisələrinin anbarlarında 45,5 min ton avtomobil benzini və 137,5 min ton dizel yanacağı ehtiyatı olub.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top