
Lissabon Avropanın ən yaxşı turizm şəhəri seçilib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Euronews” telekanalı məlumat verib.
Mükafatlandırma mərasimi 17 oktyabr şənbə günü Monteneqronun Kotor körfəzində baş tutub.
Lissabon həmçinin, Avropanın ən yaxşı kruiz şəhəri kimi də fərqlənib.
Bununla da, şəhər iki “World Travel Awards” mükafatını qazanıb.
Qeyd edək ki, “World Travel Awards” mükafatları hər il turizm məkanlarının, otellərin, aviaşirkətlərin və digər sahələrin nailiyyətlərini qiymətləndirir. Mükafatlar turizm sənayesində ən nüfuzlu beynəlxalq mükafatlardan biri hesab olunur.
Bu ilki mərasim Adriatik dənizi sahilindəki beşulduzlu “Hyatt Regency Kotor Bay Resort”da baş tutub. Monteneqro “World Travel Awards”ın 33 illik tarixində ilk dəfə olaraq mərasimə ev sahibliyi edib.
Tətbiqimizi yükləyə bilərsiniz