
F-16 qırıcı təyyarələri istehsal edən “Lockheed Martin” Amerika müdafiə şirkətinin nümayəndəsi Ukrayna Prezidenti Volodimir Zelenskiyə oyuncaq qırıcı təyyarə hədiyyə edib.
Yeniavaz.com xəbər verir ki, Zelenski “Lockheed Martin” komandası ilə görüşünün videosunu rəsmi “Telegram” kanalında dərc edib.
O, qeyd edib ki, bu şirkət Kiyevi F-16 və “Patriot” hava hücumundan müdafiə sistemləri ilə təchiz edir.
“Hazırda hər iki sahədə işlər çətinləşir. Təchizatı necə genişləndirə və artıra biləcəyimizi müzakirə etdik. Şirkət hazırda ballistik raketləri zərərsizləşirən vasitələrin istehsalını artırır”, - Ukrayna lideri qeyd edib.
Onun sözlərinə görə, Kiyev onların bir hissəsini ala biləcəyini gözləyir.
"Biz həmçinin Ukraynada F-16-ların texniki xidmət və təmirinin həyata keçirilməsini təmin etmək üçün mümkün olan hər şeyi etməyə çalışırıq”, - deyə siyasətçi əlavə edib.
Tətbiqimizi yükləyə bilərsiniz