Trampın reytinqi rekord həddə düşdü


“Washington Post” (WP) qəzetinin keçirdiyi sorğuya görə, ABŞ Prezidenti Donald Trampın reytinqi 33%-ü düşüb.
Yeniavaz.com
xəbər verir ki, eyni zamanda, respondentlərin 66%-i onun fəaliyyətindən narazılığını bildirir, 52%-i isə ABŞ prezidenti kimi işini qəti şəkildə dəstəkləmir.
“Bu reytinq iyul ayı ilə müqayisədə dörd faiz, ötən ilin eyni vaxtı ilə müqayisədə isə səkkiz faiz aşağıdır. Bu, həmçinn onun ilk prezidentlik müddətinin istənilən vaxtından aşağıdır”, - nəşr qeyd edib.
Qeyd edək ki, sentyabr ayında “Newsweek” jurnalı Markett Universitetinin sorğusuna istinadla Trampın reytinqinin 37%-ə düşdüyünü və ikinci müddətində ictimai rəy sorğuları tarixində ən aşağı səviyyəyə çatdığını bildirmisdi. Sentyabrın əvvəlində isə “Financial Times” qəzeti də respondentlərin yalnız 33%-nin Trampın siyasətini bəyəndiyini bildirmişdi. Elə həmin ay “Reuters” agentliyi İranla müharibə və ölkənin iqtisadi vəziyyəti ilə əlaqədar Trampın reytinqinin karyerasının ən aşağı səviyyəsində olduğuınu qeyd etmişdi.

DİGƏR XƏBƏRLƏR

Top