
Bu gün "SWISS" aviaşirkətinə məxsus Sürix–Şanxay istiqamətli SWR-188 reysi üzrə uçuş həyata keçirən hava gəmisinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportuna təcili eniş etmək üçün müraciət edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportunun Mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, məcburi enişin səbəbi sərnişinlərdən birinin sağlamlıq vəziyyətinin pisləşməsi olub.
“Airbus A350-900” tipli hava gəmisi yerli vaxtla saat 19:21-də Bakı hava limanına uğurla eniş edib.
“Aeroportda xəstələnən sərnişinə tibbi personal tərəfindən ilkin yardım göstərilib. Uçuşun davam etdirilməsi ilə bağlı qərar hava gəmisinin kapitanı tərəfindən veriləcək”, - Heydər Əliyev Beynəlxalq Aeroportundan bildirilib.
Tətbiqimizi yükləyə bilərsiniz