
Fransanın Baş naziri Sebastyan Lekornu kütləvi iğtişaşlarla əlaqədar fövqəladə vəziyyət elan olunmasını istisna etməyib.
Yeniavaz.com xəbər verir ki, o, bu barədə jurnalistlər üçün keçirilən brifinq zamanı bildirib.
“Bu, ciddi bir məsələdir, o cümlədən onun tətbiqi də. Ona görə də, zərurət yaranarsa, əlbəttə ki, bunu edə bilərik. Hazırda komendant saatının tətbiqi mənə indiki vəziyyətdə daha uyğun görünür”, - baş nazir bildirib.
Bir neçə saat əvvəl, ölkədəki iğtişaşlarla bağlı böhran idarəetmə qrupunun iclasından sonra Lekornu departament prefektlərinə bir neçə ərazidə komendant saatı tətbiq etməyi tapşırıb.
Bu tədbir, xüsusilə də, biznes obyektlərini qorumaq üçün Fransanın bəzi şəhərlərinin mərkəzlərində qüvvədə olacaq.
Tətbiqimizi yükləyə bilərsiniz