ABŞ konqresmenləri İrana qarşı yeni sanksiyalar paketi hazırlayıblar

ABŞ-ın respublikaçı senatorları Marko Rubio, Todd Yanq və Con Kornin İrana qarşı yeni sanksiyaların tətbiqi barədə qanun layihəsini Konqresin gündəliyinə daxil ediblər. Bu barədə Mark Rubionun saytı məlumat yayıb. "Bir neçə illik birtərəfli güzəşt və əvvəlki administrasiyanın uyuşqanlığından sonra İranın terrorizmi dəstəkləməsinə qarşı müqavimət göstərməyə qayıtmağın vaxtı çatıb", — deyə konqresmenlərin bəyanatında bildirilir. "İranın əvvəlki kimi terrorçuluğu dəstəkləməsi və ballistik raketi (proqramını. - Report) təcavüzkarcasına inkişaf etdirməsi müttəfiqlərimiz, qoşunlarımız və ən nəhayət vətənimiz üçün təhlükə mənbəyi olaraq qalır", - deyə senatorlar qeyd edirlər. Yeni sanksiyalar İran İnqilabı Keşikçiləri Korpusu (İİKK), "Mahan Air" aviaşirkəti, həmçinin İranın ballistik raket proqramında iştirak edən şəxslər və onunla bağlı olan iqtisadiyyat sahəsinə qarşı məhdudlaşdırıcı tədbirlər nəzərdə tutur.Report

DİGƏR XƏBƏRLƏR

Top