Lavrov və Əraqçi görüşdü – Nəyi müzakirə etdilər?


“İran və Rusiya Fars körfəzi, Qafqaz, Ukrayna və Tehranla Vaşinqton arasında danışıqlar da daxil olmaqla geniş spektrli məsələlər üzrə əməkdaşlıq edir”.
Yeniavaz.com
TASS-a istinadla xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi Tehranda rusiyalı həmkarı Sergey Lavrovla danışıqlardan sonra keçirdiyi birgə mətbuat konfransında bildirib.
İran XİN rəhbəri qeyd edib ki, tərəflər regional məsələlərin həllində də əməkdaşlıqlarını davam etdirirlər.
“Bu gün biz, xüsusilə Fars körfəzi, Qafqaz, İran və ABŞ arasında danışıqlar, Ukrayna və digər məsələləri müzakirə etdik”, - deyə o bildirib.
Qeyd edək ki, Lavrov və Əraqçi Türkmənistanda keçirilmiş MDB Dövlət Başçıları Şurasının iclasından əvvəl də qısa söhbət etmişdilər.

DİGƏR XƏBƏRLƏR

Top