
ABŞ-nin Florida məhkəməsi Kubanın 95 yaşlı keçmiş lideri Raul Kastro haqqında həbs qərarı verib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “NBC News” telekanalı məlumat yayıb.
Məlumata görə, mayın 20-də Amerika hakimiyyəti Kuba inqilabının liderlərindən biri olan ordu generalı Raul Kastroya qarşı ittiham irəli sürüb.
O, ümumilikdə dörd maddə ilə ittiham olunur.
İttihamlar 30 il əvvəl Amerika təyyarələri ilə bağlı baş vermiş hadisə ilə bağlıdır. Belə ki, 1996-cı ildə Kuba Hərbi Hava Qüvvələrinin qırıcı təyyarələri Kubalı emiqranlardan ibarət bir təşkilata məxsus təyyarələri vurub. Həmin gün Kuba hökumətinə qarşı çıxan “Brothers to the Rescue” təşkilatına məxsus üç təyyarə Kuba hava məkanına daxil olub. Nəticədə, yerli qüvvələr üç təyyarədən ikisini vurub.
Bu işdə daha beş nəfərə təqsirləndirilən şəxs kimi ittiham irəli sürüldüydü bildirilir.
Tətbiqimizi yükləyə bilərsiniz