
Oktyabrın 10-u Abşeron rayonu Masazır qəsəbəsində avtomobilləri yandıranlardan daha birinin saxlanıldığı bildirilir.
Yeniavaz.com xəbər verir ki, bu barədə yerli KİV-də məlumat yayılıb.
Məlumata görə, Masazır qəsəbəsində 4 avtomobilin yandırılmasını təşkil edən şəxs hava nəqliyyatı ilə Gürcüstandan Özbəkistana gedərkən Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılaraq Azərbaycana gətirilib və həbs edilib.
Bildirilib ki, artıq cinayətin bütün iştirakçıları DTX əməliyyatçıları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə müəyyən edilərək tutulublar.
Qeyd olunub ki, təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham irəli sürülüb, barələrində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Mətbuatda yayılan məlumata görə, hazırda iş üzrə ibtidai istintaq hərəkətləri aparılır.
Həbs edilən şəxslərin adları və cinayətin motivi açıqlanmayıb.
Xatırladaq ki, daha əvvəl qəsdən törədilən yanğın nəticəsində “Mercedes”, “Lada”, “Hyundai”, “Renault” markalı minik avtomobillərinin yanaraq kül olması barədə məlumat yayılıb.
Tətbiqimizi yükləyə bilərsiniz