
Bu ilin ilk 9 ayında Azərbaycana xarici ölkələrdən 13 milyard 346 milyon dollar dəyərində məhsul idxal olunub.
Yeniavaz.com xəbər verir ki, idxal olunan malların 1,3 milyard dolları və ya ümumi idxalın 10,1%-i dövlət sektorunun payına düşüb.
Yanvar-sentyabr aylarında reallaşan idxal əməliyyatının 81,3%-i özəl sektor, 8,6%-i isə fiziki şəxslər tərəfindən həyata keçirilib.
Qeyd edək ki, ötən ilin eyni dövrü ilə müqayisədə idxalda dövlət sektorunun payı kəskin azalıb, özəl sektorun payı artıb. Belə ki, ötən ilin ilk 9 ayında idxal olunan malların 30,6 faizi dövlət sektorunun, 59,8%-i özəl sektorun, 9,6%-i isə fiziki şəxslərin payına düşüb.
Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz