Bank sektorunda ümumi mənfəətin 60%-i 2 bankın payına düşüb


Bu ilin 3-cü rübünün yekununda Azərbaycanda fəaliyyət göstərən 21 bankın ümumi xalis mənfəəti 1 milyard 81,8 milyon manat təşkil edib.
Yeniavaz.com
xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 171,1 milyon manat və ya 18,8% çoxdur.
Belə ki, 2025-ci ilin 3-cü rübündə bank sektorunun ümumi mənfəəti 910,7 milyon manat olub.
Ən yüksək mənfəəti 352,4 milyon manatla “Azərbaycan Beynəlxalq Bankı” ASC (ABB) əldə edib. Bankın sektorun ümumi mənfəətində payı 32,6% təşkil edib.
İkinci yerdə 297 milyon manat mənfəətlə “Kapital Bank” ASC qərarlaşıb. Bankın ümumi mənfəətdə payı 27,5% olub. Üçüncü pillədə isə 133,8 milyon manat mənfəətlə “PAŞA Bank” ASC yer alıb. Bankın sektor üzrə payı 12,4% təşkil edib.
Beləliklə, yalnız bu üç bankın ümumi mənfəəti 783,2 milyon manata çatıb ki, bu da bank sektorunun ümumi mənfəətinin 72,4%-nə bərabərdir. Təkcə ABB və “Kapital Bank” birlikdə 649,4 milyon manat mənfəət əldə edib və sektor mənfəətinin 60-ni formalaşdırıb.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top