
Bu gün – oktyabrın 19-da İsrail Müdafiə Nazirliyi ilə Azərbaycanın Müdafiə Nazirliyi arasında İsrailin “Elbit Systems” şirkətinin istehsalı olan EXTRA-MR (orta mənzilli) raketlərinin və PULS tipli reaktiv yaylım atəşi sistemlərinin tədarükü üçün 235 milyon dollar dəyərində müqavilə bağlandığı iddia olunur.
Yeniavaz.com xəbər verir ki, bu barədə İsrailin “Globes” nəşri məlumat yayıb.
Bildirilib ki, müqavilənin üç il ərzində icra olunması nəzərdə tutulur.
“EXTRA-MR orta mənzilli əməliyyatlar üçün nəzərdə tutulmuş yüksək dəqiqlikli idarəolunan raketdir. O, 80 kilometrədək məsafədə düşmən hədəflərini dəqiq vurmağa imkan verir. Sistem “Elbit Systems” şirkətinin PULS platformasına və mövcud C4I komanda-idarəetmə, rabitə və informasiya sistemlərinə tam uyğunlaşdırılıb. Bu, müxtəlif əməliyyat ssenariləri üçün çevik və sərfəli imkanlar yaradır”, - nəşr yazır.
Tətbiqimizi yükləyə bilərsiniz