Azərbaycan xam nefti hansı ölkələrə və neçəyə satıb? – Siyahı


Bu ilin ilk 9 ayı ərzində Azərbaycan xarici ölkələrə 10 milyard 103,5 milyon dollar dəyərində 15 milyon 829,6 min ton xam neft və xam neft məhsulları ixrac edib.
Yeniavaz.com
açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, Azərbaycanın xaricə satdığı xam neftin 1 tonunun orta statistik dəyəri 638 dollar (1 barel 87 dollar) olub.
Qeyd edək ki, Azərbaycan xam nefti ən çox İtaliyaya ixrac edib. Belə ki, İtaliyaya 8 milyon 881,4 min ton xam neft ixrac olunub və bunun statistik dəyəri 5 milyard 511 milyon dollar təşkil edib.
İtaliyaya satılan xam neftin 1 barelinin ora gömrük dəyəri isə 84,60 dollar olub.
Miqdar baxımından ikinci yerdə Çexiya qərarlaşıb. Bu ölkəyə 1 milyon 326,5 min ton xam neft ixrac edilib və ixracın ümumi dəyəri 908,5 milyon dollar təşkil edib.
Xam neft ən yüksək qiymətə Hindistana satılıb. Bu ölkəyə satılan neftin 1 bareli 103,88 dollar olub.
Ən aşağı qiymət isə Portuqaliyaya ixrac edilən xam neftdə qeydə alınıb. Bu ölkəyə satılan neftin 1 bareli 76,65 dollar təşkil edib.
Xarici ölkələrə satılan xam neftin miqdarı və dəyərini təqdim edirik:


Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top