
Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işi üzrə istintaq çərçivəsində bir sıra şəxslərlə yanaşı onun ailə üzvləri də şahid qismində dindirilir.
Yeniavaz.com xəbər verir ki, “Günün səsi” oğlu Teymur Mehdiyevin Ramiz Mehdiyevin ittiham olunduğu cinayətlərlə bağlı konkret ifadəsini əldə edib.
Məluamta görə, Teymur Mehdiyev istintaqa bildirib ki, atası bir sıra xəstəliklərdən əziyyət çəkib və onun yaddaş pozğunluğu olub:
“Atam bəzən öz hərəkət və davranışlarının fərqində olmur. Nə dediyinin, hansı hərəkıt etdiyinin fərqində olmurdu. Ona görə də hər hansı məsələ ilə bağlı konkret məlumatım yoxdur”.
Qeyd edək ki, Ramiz Mehdiyevə Cinayət Məcəlləsinin 278.1-ci — dövlət hakimiyyətini zorla ələ keçirməyə və ya dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər, 274-cü — dövlətə xəyanət və 193-1.3.2-ci — cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması (çirkli pulların yuyulması) maddələri ilə ittiham verilib.
Sabiq PA rəhbəri hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində mühakimə olunur.
Tətbiqimizi yükləyə bilərsiniz