Kərə yağını xaricdən 10,4, əti 4, düyünü isə 1,5 manata alırıq – Siyahı


Bu ilin ilk 9 ayında xarici ölkələrdən Azərbaycana 2 milyard 67 milyon 672 min dollar dəyərində ərzaq məhsulları gətirilib.
Yeniavaz.com
açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, 2026-cı ilin yanvar-sentyabr aylarında ölkəyə ümumilikdə 13 milyard 345 milyon 919,8 min dollar dəyərində mal idxal olunub.
Beləliklə, ərzaq məhsullarının idxalı ümumi idxalın 15,5%-ni təşkil edib.
Qeyd edək ki, bu ilin ilk 9 ayında miqdar ifadəsində ən çox buğda, dəyər ifadəsində isə bitki və heyvan mənşəli piylər və yağlar idxal olunub.
Belə ki, Azərbaycana xarici ölkələrdən 224 milyon 30 min dollar dəyərində 1 milyon 44,8 min ton buğda, 223 milyon 560,6 min dollar dəyərində 139,4 min ton bitki və heyvan mənşəli piylər və yağlar, 219 milyon 415,7 min dollar dəyərində 235,1 min ton tərəvəz və meyvə gətirilib.
Nəticədə idxal olunan buğdanın 1 kiloqramının gömrük dəyəri təxminən 36 qəpik, tərəvəz və meyvənin 1 kiloqramının gömrük dəyəri 1,69 manat, bitki və heyvan mənşəli piylər və yağların 1 kiloqramının gömrük dəyəri isə 2,73 manat olub.
Bunlardan başqa, bu ilin ilk 9 ayında idxal olunan əsas ərzaq məhsullarının 1 kiloqramının orta gömrük dəyəri aşağıdakı kimi olub:
- ətin 1 kiloqramının dəyəri 4 manat,
- süd və qaymağın 1 kiloqramının dəyəri 3,2 manat,
- kərə yağı və süddən hazırlanmış digər yağların 1 kiloqramının dəyəri 10,35 manat,
- çayın 1 kiloqramının dəyəri 10,14 manat,
- düyünün 1 kiloqramının dəyəri 1,54 manat,
- qarğıdalının 1 kiloqramının dəyəri 78 qəpik olub.


Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top