Ötən ay Azərbaycandan Ermənistana 5,8 milyon dollarlıq ixrac olub


Ötən ay Azərbaycandan Ermənistana 5 milyon 847,3 min dollar dəyərində məhsul ixrac olunub.
Yeniavaz.com
açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, bu ilin əvvəlindən ötən 9 ay ərzində isə Azərbaycandan Ermənistana 23 milyon 450,1 min dollar dəyərində məhsul ixrac olunub.
Ermənistandan Azərbaycana isə 9 ay ərzində 960 min dollarlıq məhsul gətirilib.
Qeyd edək ki, Azərbaycan Ermənistana ötən ilin dekabr ayından etibarən məhsul ixrac etməyə başlayıb.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top