Dünyanın çoxdilli ölkələri açıqlandı – Siyahı


Dünyada ən çox canlı dilin mövcud olduğu ölkələrin adları açıqlanıb.
Yeniavaz.com
“SIL International”a istinadən xəbər verir ki, Papua Yeni Qvineya 843 canlı dillə dünyada ilk sırada qərarlaşıb.
İndoneziya 709 dillə ikinci, Nigeriya isə 530 dillə üçüncü yerdədir. Beləliklə, ilk üçlükdə yer alan ölkələrdə ümumilikdə 2 mindən çox canlı dil mövcuddur.
Qeyd olunur ki, statistikaya ən azı bir nəfərin ana dili kimi danışdığı dillər daxildir.
Məlumatlara görə, dil müxtəlifliyinin yüksək olduğu ölkələrin əksəriyyəti tropik bölgələrdə yerləşir. İqlim şəraiti, coğrafi xüsusiyyətlər, miqrasiya və icmaların tarixən bir-birindən təcrid olunması müxtəlif dillərin formalaşmasına və qorunub saxlanmasına təsir göstərib.
Tədqiqatlara əsasən, 2100-cü ilə qədər təxminən 1500 dil yox ola bilər.
Dünyada ən çox canlı dilə malik 25 ölkənin siyahısını təqdim edirik:
Papua Yeni Qvineya – 843 dil;
İndoneziya – 709 dil;
Nigeriya – 530 dil;
Hindistan – 454 dil;
Çin – 309 dil;
Meksika – 296 dil;
Kamerun – 280 dil;
ABŞ – 239 dil;
Avstraliya – 225 dil;
Braziliya – 222 dil;
Konqo Demokratik Respublikası – 211 dil;
Filippinlər – 184 dil;
Malayziya – 133 dil;
Çad – 129 dil;
Tanzaniya – 127 dil;
Myanma – 125 dil;
Nepal – 123 dil;
Rusiya – 119 dil;
Vyetnam – 111 dil;
Vanuatu – 107 dil;
Kanada – 101 dil;
Peru – 95 dil;
Efiopiya – 92 dil;
Kolumbiya – 89 dil;
Kot-d’İvuar – 88 dil.


Məlumat üçün bildirək ki, Dövlət Statistika Komitəsinin açıqladığı sonuncu məlumata görə Azərbaycanda 20-dən çox etnik qrupa mənsub olan şəxslər danışdıqları dili ana dili hesab edirlər.

Murad Məmmədov

DİGƏR XƏBƏRLƏR

Top