Aksiyalar fonunda nazir istefa verdi, Makron qəbul etmədi


Fransanın daxili işlər naziri Loran Nünez ölkədə baş verən etirazlar fonunda istefa verib.
Yeniavaz.com
BFMTV-yə istinadla xəbər verir ki, Fransa Prezidenti Emmanuel Makron istefanı qəbul etməyib.
Telekanalın məlumatına görə, dövlət başçısı oktyabrın 17-də zorakılıq hallarının artmasına səbəb olan proqnozlaşdırma və kəşfiyyat sahəsindəki çatışmazlıqlara diqqət çəkib.
Makron Nünezdən daxili təhlükəsizlik qüvvələrinin xuliqanlarla mübarizədə tətbiq etdiyi yeni fəaliyyət üsullarını mümkün qədər tez həyata keçirməyi tələb edib.
Qeyd edək ki, oktyabrın 17-də bahalaşma ilə bağlı keçirilən kütləvi etiraz aksiyaları zamanı polis 2 397 nəfəri saxlayıb. Aksiyalar iğtişaşlar və dağıntılarla müşayiət olunub.

DİGƏR XƏBƏRLƏR

Top