
Oktyabrın 19-dan 21-dək Bakının Nizami rayonunun bir sıra ərazilərində su olmayacaq.
Yeniavaz.com xəbər verir ki, bu barədə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti məlumat yayıb.
Bildirilib ki, su və tullantı sularının axıdılması şəbəkəsinə qoşulma ilə bağlı verilən texniki şərtə əsasən görüləcək işlərlə bağlı 19 oktyabr gecə saatlarında Nizami rayonunun bəzi ərazilərinə suyun verilməsində fasilə yaranacaq:
“Oktyabrın 21-də səhər saatlarında əvvəlki rejim bərpa ediləcək”.
Tətbiqimizi yükləyə bilərsiniz