
Şəmkirdə əsgər Orxan Şabanovun ölümü ilə bağlı iki nəfərin həbs edildiyi bildirilir.
Yeniavaz.com xəbər verir ki, bu barədə Oxu.az məlumat yayıb.
Bildirilir ki, hadisə ilə bağlı Dövlət Sərhəd Xidmətinin (DSX) iki hərbi qulluqçusu şübhəli bilinib:
“Onlar saxlanılaraq istintaqa təhvil veriliblər. Faktla bağlı cinayət işi başlanılıb və saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib. Hazırda hadisə ilə bağlı istintaq araşdırmaları davam etdirilir”.
Xatırladaq ki, Lənkəran şəhərindən olan əsgər Orxan Şabanovun 1 il 3 ay hərbi xidmət keçdikdən sonra oktyabrın 13-də xidmət etdiyi hərbi hissədə aldığı güllə yarasından həlak olduğu bildirilir.
Ailənin tək övladı olan O. Şabanov oktyabrın 14-də Lənkəran şəhərindəki qəbiristanlıqda torpağa tapşırılıb.
Tətbiqimizi yükləyə bilərsiniz