Metro xəttinin bağlanması sərnişin sayına necə təsir edib? – Son məlumatlar


“28 May” və “Nizami” stansiyaları arasında qatarların hərəkətinin dayandırılması Bakı metrosundan istifadə edən sərnişinlərin sayına təsir edib.
Yeniavaz.com
xəbər verir ki, 2026-cı ilin sentyabr ayında Bakı metrosunda sərnişin sayı ötən ilin eyni ayı ilə müqayisədə 26,9 faiz azalıb.
Belə ki, 2025-ci ilin sentyabr ayında metrodan 19 milyon 965,6 min nəfər istifadə etdiyi halda, 2026-cı ilin sentyabrında bu göstərici 14 milyon 598 min nəfər təşkil edib. Nəticədə sərnişin sayı 5 milyon 367,6 min nəfər azalıb.
Avqust ayında da azalma qeydə alınıb. 2025-ci ilin avqustunda metro sərnişinlərinin sayı 15 milyon 23,1 min nəfər olduğu halda, 2026-cı ilin eyni ayında bu rəqəm 13 milyon 187,1 min nəfərə düşüb. Bu, 1 milyon 836 min nəfər və ya 12,2 faiz azalma deməkdir.
İyul ayında isə əksinə, sərnişin sayında artım müşahidə olunub. 2025-ci ilin iyulunda 16 milyon 192,4 min nəfər olan göstərici 2026-cı ilin iyulunda 16 milyon 698 min nəfərə yüksəlib. Beləliklə, sərnişin sayı 505,6 min nəfər və ya 3,1 faiz artıb.
Qeyd edək ki, “Bakı Metropoliteni” QSC tərəfindən xətlərin ayrılması layihəsi çərçivəsində “28 May” və “Nizami” stansiyaları arasında qatarların hərəkəti 2026-cı il avqustun 15-dən müvəqqəti dayandırılıb.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top