
Azərbaycanda fərdi sahibkarların sayı 1 milyon 499 mini ötüb.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, fərdi sahibkarlar ən çoxu kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində fəaliyyət göstərir.
Məlumata əsasən, 2026-cı il oktyabrın 1-nə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün qeydiyyatdan keçmiş fərdi sahibkarların sayı 1 milyon 499 min 33 nəfər təşkil edib.
Fərdi sahibkarların 554 min 77 nəfəri və ya 37 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində fəaliyyət göstərir.
Sahibkarların sayına görə ikinci yerdə ticarət və nəqliyyat vasitələrinin təmiri sahəsi qərarlaşıb. Bu sahədə 277 min 136 nəfər fərdi sahibkar qeydiyyatdan keçib. Bu, ümumi sayın 18,5 faizini təşkil edir.
Nəqliyyat və anbar təsərrüfatı sahəsində 172 min 968 nəfər (11,5 faiz), digər sahələrdə xidmətlərin göstərilməsi üzrə isə 137 min 658 nəfər (9,2 faiz) fərdi sahibkar fəaliyyət göstərir.
Ev təsərrüfatlarının fəaliyyəti, eləcə də fərdi istehlak üçün ev təsərrüfatlarında mal və xidmətlərin istehsalı sahəsində 73 min 221 nəfər (4,9 faiz), turistlərin yerləşdirilməsi və ictimai iaşə sahəsində 57 min 510 nəfər (3,8 faiz) fərdi sahibkar qeydiyyata alınıb.
Peşə, elmi və texniki fəaliyyət sahəsində 37 min 471 nəfər, tikinti sektorunda 32 min 469 nəfər, emal sənayesində isə 31 min 793 nəfər fərdi sahibkar var.
Bundan başqa, inzibati və yardımçı xidmətlərin göstərilməsi sahəsində 28 min 611 nəfər, təhsil sahəsində 21 min 625 nəfər, istirahət, əyləncə və incəsənət sahəsində 21 min 450 nəfər fərdi sahibkar qeydiyyatdan keçib.
Tətbiqimizi yükləyə bilərsiniz