Hidrometeorologiya Xidməti xəbərdarlıq edib


Milli Hidrometeorologiya Xidməti qeyri-sabit hava şəraiti ilə əlaqədar xəbərdarlıq edib.
Yeniavaz.com
xəbər verir ki, oktyabrın 20-də Azərbaycanın, əsasən, dağlıq və dağətəyi rayonlarında fasilələrlə yağış yağacağı gözlənilir, ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.
Yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi çaylarından qısamüddətli sel keçəcəyi ehtimal olunur.

DİGƏR XƏBƏRLƏR

Top