Azərbaycanda hansı sahələrdə çalışanlar daha çox işləyir? – Siyahı


Bu ilin yanvar-avqust aylarında Azərbaycanda bir işçiyə düşən orta aylıq işlənmiş iş saatlarının miqdarı 146,8 saat təşkil edib.
Yeniavaz.com
açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, ən çox işləyənlər turistlərin yerləşdirilməsi və ictimai iaşə sahəsində çalışanlardır. Bu sahədə bir işçiyə düşən orta aylıq işlənmiş iş saatlarının miqdarı 155,2 saat olub.
Ticarət və nəqliyyat vasitələrinin təmiri sahəsində çalışanlar ay ərzində orta hesabla 155,1 saat, tikinti sahəsində çalışanlar isə 154,6 saat işləyiblər.
Ən az işləyənlər isə digər sahələrdə xidmətlərin göstərilməsi ilə məşğul olanlardır. Bu sahədə bir işçiyə düşən orta aylıq işlənmiş iş saatlarının miqdarı 135 saat təşkil edib. Təhsil sahəsində çalışanlar üzrə bu göstərici 135,7 saat, əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi sahəsində isə 140,2 saat olub.
Digər iqtisadi fəaliyyət sahələri üzrə orta aylıq işlənmiş iş saatlarının miqdarı belə olub:
Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq – 151,3 saat
Mədənçıxarma sənayesi – 146,2 saat
Emal sənayesi – 147,1 saat
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı – 151,1 saat
Su təchizatı, tullantıların təmizlənməsi və emalı – 152 saat
Nəqliyyat və anbar təsərrüfatı – 143,7 saat
İnformasiya və rabitə – 144,4 saat
Maliyyə və sığorta fəaliyyəti – 148 saat
Daşınmaz əmlakla əlaqədar əməliyyatlar – 144,2 saat
Peşə, elmi və texniki fəaliyyət – 143 saat
İnzibati və yardımçı xidmətlərin göstərilməsi – 146,7 saat
Dövlət idarəetməsi və müdafiə; sosial təminat – 152,4 saat
İstirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət – 147,7 saat.

Murad Məmmədov

DİGƏR XƏBƏRLƏR

Top