İran ABŞ-yə çata bilən ballistik raketlər hazırlayır – Netanyahu


İsrailin Baş naziri Binyamin Netanyahu İranın ABŞ ərazisinə çata bilən qitələrarası ballistik raketlər hazırladığını və onları nüvə başlıqları ilə təchiz etmək niyyətində olduğunu iddia edib.
Yeniavaz.com
xəbər verir ki, Netanyahu bu barədə Amerikanın “Fox News” telekanalına müsahibəsində danışıb.
“İranlılar ABŞ-yə çatmaq üçün qitələrarası ballistik raketlər hazırlayır və bu raketləri nüvə başlıqları ilə təchiz etmək istəyirlər. ABŞ-nin hər bir şəhəri vurula bilər”, – deyə İsrailin Baş naziri bildirib.
Netanyahunun sözlərinə görə, İranın raket proqramı təkcə İsrail üçün deyil, həm də ABŞ üçün təhlükə yaradır. O iddia edib ki, Tehran Amerika şəhərlərini nüvə silahları ilə təhdid etmək və bu yolla Vaşinqtona təzyiq göstərmək imkanına yiyələnməyə çalışır.
İsrailin Baş naziri hesab edir ki, bu təhlükənin qarşısını almağın yeganə yolu “mövcud İran rejimini devirmək”dir.

DİGƏR XƏBƏRLƏR

Top