Papa xəstəxanadan evə buraxıldı


Papa XIV Leo sağ ağciyərindən əməliyyat olunduqdan dörd gün sonra bu gün xəstəxanadan evə buraxılıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə ”Ansa” agentliyi Vatikanın mətbuat xidmətinə istinadla məlumat yayıb.
Məluata görə, Romadakı Gemelli Xəstəxanasında əməliyyat zamanı ona xərçəng diaqnozu qoyulub.
Müayinələrin nəticələrindən sonra həkimlər onun xəstəxanadan çıxmasına icazə veriblər.
Papa həkimlərin müşayiəti ilə xəstəxanadan çıxıb, dindarları salamlayıb və maşına minib Vatikana yola düşməzdən əvvəl bəziləri ilə söhbət edib.
Vatikanın mətbuat xidməti bildirib ki, sabah o, papa mənzillərinin pəncərəsindən “Anqelus” duasını oxuyacaq.

DİGƏR XƏBƏRLƏR

Top