
İngiltərə millisinin keçmiş oyunçusu və Amerikanın “İnter Mayami” klubunun həmtəsisçisi Devid Bekhem Beynəlxalq Futbol Federasiyaları Assosiasiyasının (FİFA) prezidentliyinə namizəd ola bilər.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Sky Sports” telekanalı öz mənbələrinə istinadla məlumat yayıb.
Mənbənin sözlərinə görə, Bekhemin namizədliyinin Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) tərəfindən dəstəkləndiyi bildirilir.
Mənbə qeyd edir ki, Bekhem qlobal ulduz olmaqla yanaşı, təcrübəli menecer kimi də tanınır.
Qeyd edək ki, 51 yaşlı Bekhem 2020-ci ildən bəri Böyük Liqa Futbolunda (MLS) oynayan və keçən il yarışın qalibi olan “İnter Mayami” klubunun həmtəsisçisidir. Oyunçu karyerası ərzində Bekhem “Mançester Yunayted”, “Real Madrid”, “Milan”, “Paris Sen-Jermen” və “Los-Anceles Qalaksi” klublarında oynayıb. “Mançester Yunayted”lə altı dəfə İngiltərə Premyer Liqasını, iki dəfə FA Kubokunu və bir dəfə Çempionlar Liqasını qazanıb. İngilis həmçinin bir dəfə İspaniya və Fransa liqalarını da qazanıb.
Xatırladaq ki, FİFA prezident seçkiləri 2027-ci ilin mart ayında Mərakeşdə keçiriləcək. Namizədlər ərizələrini 18 noyabr tarixinə qədər təqdim edə bilərlər. Hazırkı FİFA prezidenti 2016-cı ilin fevral ayında keçirilən fövqəladə konqresdə seçilən Canni İnfantinodur. Daha sonra o, iki dəfə rəqibsiz yenidən seçilib. İnfantino növbəti müddətə yenidən seçiləcəyini bildirib.
Tətbiqimizi yükləyə bilərsiniz