
Ölkəmizdə Azərbaycan və Birləşmiş Ərəb Əmirliklərinin hərbi qulluqçularının, aviasiya və hava hücumundan müdafiə vasitələrinin cəlb olunması ilə keçirilən “Şahinlərin Görüşü - 2026” birgə taktiki-uçuş təliminin növbəti mərhələsində təlim-məşq uçuşları icra olunub.
Yeniavaz.com xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, uçuşlar zamanı hərbi qulluqçular mürəkkəb pilotaj elementlərini yerinə yetirərək havada qarşılıqlı əlaqə və döyüş tapşırıqlarının icrası üzrə praktiki bacarıqlarını nümayiş etdiriblər.
Qeyd edilib ki, hərbi pilotlar yüksək peşəkarlıq göstərərək qarşıya qoyulmuş tapşırıqları dəqiqliklə yerinə yetiriblər.
Tətbiqimizi yükləyə bilərsiniz