
Milli Basketbol Assosiasiyasının (NBA) keçmiş oyunçusu Amare Stademayr 43 yaşında Polis Akademiyasını bitirib.
Yeniavaz.com xəbər verir ki, bununla da, o, uşaqlıq arzusunu reallaşdıraraq, basketbol formasını polis formasına dəyişib.
“Yadımdadır, ibtidai sinifdə oxuyarkən, bizdən soruşdular: “Böyüyəndə nə olmaq istəyirsən?” Və mən polis olmaq istədiyimi dedim. Bu, ailəmizdə də var. Əmim və əmim oğlu polis kapitanlarıdır. Bacım isə polis akademiyasında oxuyur. Ona görə də bu, bir ailə ənənəsidir”, - deyə o, yeni peşə seçmək qərarını izah edib.
Stademayr Mayami-Deyd Kollecinin Hüquq-Mühafizə Akademiyasını bitirib və Mayami-Deyd Şəhər Məktəbləri Polis Departamentində zabit kimi xidmətə göndərilib.
Məzuniyyət mərasimində Stademayr oxuduğu müddətdə akademiyaya verdiyi töhfələrə görə “Harry Everett” Mükafatı ilə təltif edilib.
Stademayr NBA-də 14 mövsüm “Finiks Sans”, “Nyu York Kniks”, “Dallas Maveriks” və “Mayami Hit” komandalarında oynayıb. O, 2003-cü ildə NBA-də ilin ən yaxşı oyunçusu olub. 2026-cı ildən bəri isə məşhur basketbolşu Şöhrət Zalının üzvüdür. O, 2004-cü il Olimpiadasında ABŞ Milli Komandası ilə bürünc medal qazanıb. Stademayr basketboldan 167 milyon dollar qazanıb.
Tətbiqimizi yükləyə bilərsiniz